Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş Breyn-rinq psixointellektual yarış keçirildi.

11.12.2023-cü il tarixində məktəbin psixoloqları Aytac Məmmədova və Səid Lətiflinin birgə təşkilatçılığı ilə Breyn-rinq psixointellektual yarış keçirildi.
Yarışda 8-10-cu sinif sagirdləri 5 komanda,hər komandada 6 nəfər olmaqla iştirak edirdi.Yarış 5 mərhələdən ibarət idi.Yarışın əsas məqsədi şagirdlərin psixoloji gərginliklərinin azaldılması və ruh yüksəkliyi yaratmaqdır.
Yarışda Fantaziya (10-a sinfi) komandası qalib gəldi.
Qalib gələnlər məktəbin direktoru Nizaməddin Ağcayev tərəfindən diplomla təltif edildi.