Heydər Əliyev Mərkəzində “Anım günü” ilə əlaqədar ekskursiya təşkil edilib.
118 nömrəli tam orta məktəbin müəllimi Nazimət Misirxanovanın rəhbərliyi ilə 9-d sinif şagirdləri Suraxanı rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə ekskursiyada olmuşdur.Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəbliləri Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əyani tanış etməkdir.
Ekskursiya zamanı gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib.
Bildirilib ki, müasir tariximizin bütöv bir qərinəsi Heydər Əliyevin şərəfli adı və imzası ilə sıx bağlıdır. Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var - Heydər Əliyev daim böyük hörmət və ehtiramla xatırlanacaqdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır. Bu zirvələrin fatehi isə yeni Azərbaycanın yeni lideri İlham Əliyevdir.