"QİÇS-LƏ MÜBARİZƏ"
Qiçs-Qazanılmış İmmun Çatışmazlığı Sindromu adlanan viral immun problemləridir. Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də qazanılmış immun catışmazlıgı sindromu-QİÇS-dir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dır.
Bütün başqa xəstəliklər "gəlişini" öz əlamətləri ilə bildirirsə, QİÇS heç bir əlamətlə müşahidə olunmur.
1dekabr beynəlxalq "QİÇS-lə mübarizə günü"dür. Bu münasibətlə 01.12.2023-cü il tarixdə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin, psixoloqlar Aytac Məmmədova və Səid Lətiflinin,UBT rəhbəri Sinarə Məmmədovanın birgə təşkilatçılığı ilə məktəbin IX-X sinif şagirdləri ilə "QİÇS-lə mübarizə" adlı maarifləndirici söhbət aparıldı. Söhbət əsnasında şagirdlərə QİÇS- in yoluxma səbəbləri,simptomları və qorunma üsulları haqqında ətraflı məlumat verildi.Şagirdləri maraqlandıran suallar cavablandırıldı.