Laçın rayonunun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür.
Laçın rayonunun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür.1-dekabr 2020 ci il tarixində Laçın rayonu işğaldan azad olunmuşdur.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir.
Məktəbin coğrafiya müəllimi Səbuhi Şirinov məktəbin X a sinfində Laçın rayonun tarixi və coğrafiyası haqqında dərs təşkil etmişdir.
Dərs zamanı müəllim şagirdlərə Laçın rayonunun iqlimi, coğrafiyası haqqında məlumatlar vermişdir.Xəritə üzərində Laçın dəhlizi, Laçının strateji yüksəkliklərini göstərmişdir.
Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın şəhərində aparılan quruculuq işləri barədə məlumat vermişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.