"Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda seminar keçirildi.

29 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq hər il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq "Gender əsaslı zorakılıqla mübarizə " kompaniyasının keçirilməsi ilə əlaqədar məktəbdə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə " mövzusunda məktəbin IX-X sinif şagirdləri üçün seminar kecirilmişdir.

Seminarda məktəbin psixoloqları Səid Lətifli və Aytac Məmmədova şagirdlərə "Məişət zorakılığı" ,"Məişət zorakılığının qarşısının alınması haqqında "Azərbaycan Respublikasının Qanunu və onun işlənmə mexanizmi barədə ətraflı məlumat verdilər.Qeyd olundu ki, yaxın qohumluq münasibətlərindən,birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə həmin münasibətdə olan şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması məişət zorakılığı hesab edilir.Erkən nigah, təhsildən yayınma,özünəqəsd kimi amillər də məhz məişət zorakılığının fəsadlarıdır.

Məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır.Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi,zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi vacibdir.

Sonda şagirdlərin mövzuya aid sualları ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi