"Bulinq nədir" mövzusunda seminar keçirmişdir.
Bullinq nədir?
Bullinq (ing. “bullying”) – bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiz davranış formasıdır.Bullinq də zorakılığın bir növü olub, daha çox həmyaşıd uşaqlar arasında baş verir. Hər uşaq gec-tez bullinqlə rastlaşır: ya qurban, ya incidilən , ya da şahid kimi.
Məktəbin UBT rəhbəri Sinarə Məmmədova məktəbin 7-ci siniflərində "Bulinq nədir" mövzusunda seminar keçirmişdir.
Seminarda Bulinq nədir?,Bulinqin hansı növləri var?, Bulinqə məruz qalan şəxs nə etməlidir? kimi suallara ətraflı cavab verilmişdir.Şagirdlərlə fikir mübadiləsi aparılmışdır.