Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məktəbdaxili siniflərarası dama yarışları keçirildi

9 fevral 2017-ci il tarixində məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş siniflərarası dama yarışları keçirildi. Yarışlar məktəb rəhbərliyinin və fiziki tərbiyə müəllimlərinin nəzərəti altında təşkil olundu. Yarış VIII-X sinif şagirdləri arasında keçirildi. Yarışda hər sinifdən 1 nəfər oğlan,1 nəfər qız olmaqla 2 nəfər şagird seçildi. Daha sonra bu şagirdlər digər sinif şagirdləri ilə yarışdılar. Oğlanlardan I yerə Məmmədov Bəhlul,II yerə Ağayev Ramil,III yerə Balayev Əhəd, qızlardan isə I yerə Qədirova Əminə,II yerə Qəhrəmanova Sevil,III yerə Xurşudova İradə sahib oldular. Sonda məktəbin dama oyunları üzrə yığma komandasının tərkibi müəyyən olundu. Yarışda I,II,və III yerləri tutmuş şagirdlərin diplomlarla təltif olunması Xocalı soyqırımın 25-ci ildönümünə həsr olunmuş tədbir üçün nəzərdə tutuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi