"Huzur Academy"nin psixoloqu məktəbimizdə olmuşdur.

Məktəbin 2-c sinfinin rəhbəri Fəridə Balayevanın dəvəti ilə "Huzur Academy"nin psixoloqu Tubuxanım Fərhadova məktəbimizdə olmuşdur.Psixoloq 2-c sinif şagirdləri üçün uşaqlarda diqqət dağınıqlığı, özgüvəni problemlərinin müəyyənləşdirilməsi istiqamətində işlər gördü.Sagirdlərlə qrup və fərdi şəkildə söhbət apardı.

Psixoloq uşaqlarda özgüvən əksikliyinin səbəbləri, özgüvənsizlikdən xilas olmağın yolları, uşaqlarda özgüvəni bərpa etmək barədə sinif müəlliminə məlumat verdi.Növbəti görüşündə şagirdlərin valideynləri ilə söhbət aparmaq barədə təklif verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi