2-ci sinif şagirdləri "Bilim Bakı"mərkəzində olmuşdur.

Bu gün məktəbin ibtidai sinif müəllimləri Fəridə Balayevanın və İlahə İsmayılovanın birgə təşkilatçılığı ilə 2-ci sinif şagirdləri "Bilim Bakı"mərkəzində olmuşdur.

Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılan “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn mərkəz məktəblilərə elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi