Təhsil müəssisələrində "Heydər Əliyev dərsləri" keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 yanvar 2023-cü il tarixli 3-29-59/3-2-12F/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli"elan edilməsi ilə bağlı BŞTİ-nin Tədbirlər Planının icrasına əsasən təhsil müəssisələrində "Heydər Əliyev dərsləri" keçirilir.
Məktəbin informatika müəllimi Xədicə Hidayətova və Orxan Cəbrayıllı informatika dərsində "Heydər Əliyev və uşaqlar" mövzusunda dərs təşkil etmişdir.Dərsdə şagirdlərə Heydər Əliyevin uşaqlara sevgisindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi.