"Narkomaniya - Ağ olum" ,Erkən nigahın fəsadları mövzusunda maarifləndirici tədbir təşkil edildi.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Cəmiyyəti ciddi narahat edən narkomaniyaya qarşı məktəblərdə maarifləndirici tədbirlər təşkil olunur.
Bugün məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin,UBT rəhbəri Sinarə Məmmədovanın,psixoloqlar səid Lətifli və Aytac Məmmədovanın birgə təşkilatçılığı ilə X və XI sinif şagirdləri ilə "Narkomaniya - Ağ olum" ,Erkən nigahın fəsadları mövzusunda maarifləndirici tədbir təşkil edildi.Tədbirdə şagirdlərlə mövzu ətrafında söhbət aparıldı, mövzu barəsində videoçarx nümayiş etdirildi.Narkotik vasitələrdən istifadənin insana həm mənəvi ,həm fiziki baxımdan vuracağı zərbələrdən nümunələr göstərərək bu asılılığı bəşəriyyətin bəlası olduğu şagirdlərin diqqətinə çatdırıldı.