"Atəşgah Məbədi" və "Qala" Dövlət tarix-etnoqrafiya qoruğuna ekskursiya etmişdir.

İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması onların əxlaqi, estetik, əqli tərbiyəsində müstəsna rol oynayır, eləcə də təxəyyülünün inkişafına zəmin yaradır.

Bu baxımdan müəllimlər şagirdlərlə tarixi məkanlara və muzeylərə ekskursiyalar edirlər.

Məktəbin 2 c sinfinin müəllimi Fəridə Balayeva öz şagirdləri ilə birlikdə "Atəşgah Məbədi" və "Qala" Dövlət tarix-etnoqrafiya qoruğuna ekskursiya etmişdir.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi