Şəhid bulağının açılışı olmuşdur.
Qasımov Kamal Hüseyn oğlu 08 oktyabr 2004-cü ildə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində dünyaya göz açmışdır.
2010-cu ildə E.Cəfərov adına 118 nömrəli tam məktəbin birinci sinfinə getmişdir.Kamal Qasımov məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmət zamanı vətənpərvərliyi ilə seçilən əsgər olmuşdur.
2023 cü il sentyabr ayının 19-dan başlayaraq, düşmənə qarşı aparılan antiterror əməliyyatları nəticəsində sentyabrın 20-də Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Kamal Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Bu gün Bakı şəhəri 118 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə ərazimizin suverenliyi və erməni işğalçılarından azad olunması uğrunda şücaət göstərmiş məktəbin şəhid məzunu Kamal Qasımovun xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı evin önündə bulaq-abidə kompleksinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Hövsan qəsəbəsi üzrə şəhid və qazi ailələrinin nümayəndələri,qəsəbə sakinləri,118 nömrəli məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbir əvvəlcə Azərbaycan respublikasının dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə kəndin ağsaqqalı fəlsəfə elmləri doktoru, ilahiyyatçı Vərağa Almasov, şəhidimizin anası Sevinc xanım çıxış etdi.Sevinc xanım oğlunun xatirələrindən danışdı.Onun Vətən sevgisindən,bayraq sevgisindən söhbət açdı.O bildirdi ki,ölümundən sonra Kamal Qasımov üçüncü dərəcəli ,,Vətən uğrunda,, medalı ilə təltif olunmuşdur. Şəhid anası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ,Kamalın adının əbədiləşdirilməsi məqsədilə bulağın tikilişində əməyi olan, tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.
Tədbirdə məktəbin şagirdləri şeirləri ilə çıxış etdilər .
Sonda bulağın önünə qərənfillər qoyuldu,xatirə şəkli çəkdirildi.