Açıq havada "Çılpaqtoxumluların çoxalması" mövzusunda dərs keçirildi.

Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji bliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim -şagird, şagird -muəllim əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,ətraf mühitin və ekologiyanın mühafizəsi,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə"nin 15.6-cı bəndini rəhbər tutaraq ümumtəhsil məktəblərində açıq havada dərslər keçirilir.

Məktəbin biologiya müəllimi Gülsüm Sadıqova bu gün açıq havada biologiya fənnindən "Çılpaqtoxumluların çoxalması" mövzusunda dərs keçdi.

Dərsdə əyani şəkildə şagirdlərə çılpaqtoxumlu bitkilərdən adi şam, küknar ,ardıc,sərv ağacları və toxumları göstərildi.Sagirdlər sualları cavablandırdılar .Müəllim-şagird qarşılıqlı sual-cavab prosesi baş tutdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi