"Rəqəmsal bacarıqlar" fənninin tədrisi yoxlanılmışdır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov tərəfindən VII və IX siniflərdə "Rəqəmsal bacarıqlar" fənninin tədrisi yoxlanılmışdır.
AR Elm və Təhsil Nazirliyi Alqoritmika beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən ölkədə “Rəqəmsal bacarıqlar” layihəsini tətbiq edir. Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.