2 FEVRAL AZƏRBAYCANDA GƏNCLƏR GÜNÜDÜR

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si müasir Azərbaycanın qurucusu,ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub.20 ildi qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlandı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib.Bu gün münasibəti ilə 118 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdləri arasında Azərbaycan tarixi fənnindən “Tariximizi öyrənirik” başlığı altında "Bilik yarışı" keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin tarix müəllimi Şəfiqə Həsənova əvvəlcə Gənclər günü haqqında danışdı,daha sonra yarış haqqında iştirakçılara məlumat verdi və münsiflər heyətini iştirakçılara təqdim etdi.Yarışda I yerə-8ç sinfi,II yerə-8c sinfi,III yerə-8a sinfi,IV yerə 8b sinfi layiq görüldü.Sonda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev bu gün münasibəti ilə hər bir gənci təbrik etdi və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İham Əliyev tərəfindən uğurla davam etdiyini vurğuladı.Daha sonra yarışda qalib gələn 8ç sinfini hədiyyə və fəxri fərmanla,digər iştirakçı sinifləri isə fəxri fərmanlarla təltif etdi,tədbir təşkilatçılarına təşəkkür etdi və hər kəsə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi