"Dilimizi qoruyaq" şüarı altında "dəyirmi - masa" keçirmişdir.
13.11.2023-cü il tarixində məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin təşkilatçılığı ilə məktəbin dil-ədəbiyyat müəllimi Məhərrəmova Çinarə məktəb kitabxanasında "Dilimizi qoruyaq" şüarı altında "dəyirmi -masa"keçirmişdir.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra müəllim M.Çinarə dilimizin yaranma tarixi haqqında şagirdlərə məlumat verdi, dil haqqında videoçarx nümayiş etdirildi.Daha sonra söz şagirdlərə verildi.
Şagirdlər var olma səbəbimiz olan dilimiz haqqında şeirlər,atalar sözləri,hikmətli ifadələr söyləmiş,slaydlar göstərmiş,diskussiya aparmış,milli-mənəvi dəyərimizi gələcək nəslə ötürməyə borclu olduqlarını vurğulamışlar.