“7-dən 17-yə vətənpərvər!”

Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

"7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın rəhbərliyi ilə şagirdlərimiz Hərbi Qənimətlər parkında olmuşlar.

Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi qənimətlər parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı tarixi heç vaxt unutmasın.

Ekskursiya zamanı UBT rəhbəri şagirdlərlə öz təəssüratlarını bölüşərək hərbi tariximiz, ölümsüzlük qazanan qəhrəmanlarımız haqqında geniş məlumat verdi. Qalib ölkənin şagirdləri igid oğullarımızın ələ keçirdikləri qənimətlərə sevinc və qürur hiss ilə baxdılar. Qələbəni əks etdirən stend, işğaldan azad olunmuş torpaqlardan götürülmüş olan silahlar, müəllimin izahı böyük maraqla izlənildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan! Yaşasın Şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi