Zəfər müjdəli Şəhid.
Muhamməd Mazen oğlu Eissavi 2002-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan vətəndaşı olan Eissavi əslən fələstinli idi.
Azərbaycan Ordusunun əsgəri olan Muhamməd Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Muhamməd Eissavi noyabr ayının 9-da şəhid olub.
Eissavi yaşadığı torpağın bütövlüyü yolunda canını əsirgəmədiyi üçün ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbin sinif otaqlarına şəhid adları verilir.
Bu gün məktəbin daha bir sinif otağına şəhid adı verildi. Artıq məktəbimizdə üç sinif otağı şəhid adını daşıyır.
Məktəbin 3 d sinfinə Suraxanı rayonu şəhidi Eissavi Muhamməd Mazen oğlunun adı verildi.Bu münasibətilə məktəbdə tədbir təşkil olunmuşdur.
Tədbirin birinci hissəsində şəhidin adı verilmiş sinif otağının təqdimatı oldu.Qonaqlar və şagirdlər şəhid üçün yaradılan guşəyə gül dəstələri qoydular.
Tədbirin ikinci hissəsi bədii kompozisiyalardan və çıxışlardan ibarət oldu.
Tədbirdə şəhidin ailə üzvləri, qazilər,İcra Hakimiyyəti nümayəndəsi Anar Əsədullayev, şagirdlər ,valideynlər iştirak edirdi.Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.Sonra Dövlət Himni səsləndirildi.
Tədbirdə şagirdlər şeir və mahnı söylədilər, kompozisiyalar ilə çıxış etdilər.
Tədbirdə şəhidin nənəsi,İcra Hakimiyyətinin nümayəndəsi Anar Əsədullayev, məktəbin direktoru Nizaməddin Ağcayev çıxış etdilər.
Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü , göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarıňın və vətənpərvər olmalarının vacibliyini qeyd edib.
Sonda məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin təşkilatçısı Nərgiz Əliyevaya və valideyn komitəsinə tədbirdə göstərdikləri köməyə görə təşəkkürünü bildirdi.