“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri təşkil edilir.

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir.

Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hər il olduğu kimi bu ildə məktəbimizdə 20 oktyabr -20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri təşkil edilir.

Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin və psixoloq Aytac Məmmədovanın birgə təşkilatçılığı ilə 6 cı sinifdə Uşaq Hüquqlarına həsr olunmuş dərs keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi