"İdmansevərlər" layihəsi çərçivəsində müxtəlif yarışlar keçirilmişdir.
Təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yuksəldən idmançıların tanıdılması məqsədilə "İdmansevərlər" layihəsinə start verilmişdir.
31 oktyabr 2023-cü il tarixində məktəbin fiziki tərbiyə müəllimləri Nizami Əliyev və Orxan Namazovun təşkilatçılığı ilə 5 ci sinif şagirdləri arasında müxtəlif idman yarışları təşkil edilmişdir.