Uşaq hüquqları aylığı çərçovəsində tədbir təşkil edilib.
Uşaqların müdafiəsi və inkişafının qorunmasının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin(Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən olduğunu nəzərə alaraq, Ombudsman tərəfindən hər il olduğu kimi 2023-cü ildə də həmin Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilmişdir.
30 oktyabr 2023-cü il tarixdə UBT rəhbəri Sinarə Məmmədovanın təşkilatçılığı ilə Uşaq hüquqları aylığı ilə bağlı VII sinif şagirdlərinin iştirakı ilə "Hüquqlarımızı bilirikmi?" adlı tədbir keçirilmişdir.Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Məhsəti Məmmədova və sinif rəhbərləri iştirak etmişdir.
Tədbirdə uşaq hüquqları haqqında şagirdlərə ətraflı məlumat verilmişdir və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Şagirdlər Uşaq hüquq və vəzifələri ilə bağlı verilən sualları dolğun cavablandırmışdır.