VI VƏ lX SİNİFLƏRİNDƏ MONİTORİNQ KEÇİRİLİB.
30 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatı əsasında məktəbin VI və lX siniflərində monitorinq təşkil olunub. BŞTİ tərəfindən təqdim olunan suallar Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini əhatə edib. Məktəb rəhbərliyi monitorinqin gedişatına nəzarət edib. Monitorinqin keçirilməsində məqsəd IX siniflərdə buraxılış imtahanına hazırlıq, o cümlədən VI siniflərdə mövcud vəziyyəti müəyyənləşdirməkdir.