Repreduktiv sağlamlıqla bağlı tədbir keçirilib.
27.10.2023 -cü il tarixində məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın və təlim-tərbiyə işləri üzrə direktor müavini Məhsəti Məmmədovanın birgə təşkilatçılığı ilə VII sinif qız şagirdlərinin iştirakı ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaları qeyd edilib.Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir. Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.