PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ
28 yanvar 2017-ci il tarixində 118№-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Nizaməddin Ağcayev açaraq pedaqoji kollektivi salamladı və iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi: 1. I yarımilin yekunu və qarşıda duran vəzifələr.2. Sinif rəhbərlərinin vətənpərvərlik tərbiyəsi üzrə apardıqları işlər.3. Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyəti.4. Dövlət rəmzlərinin öyrənilməsi vəziyyəti.5. Cari məsələlər. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu,hər bir məsələ haqqında qərar qəbul edildi və qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.