Qarabağda lokal antiterror tədbirləri haqqında dəyirmi masa keçirdi.

27 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirinin F-429 əmri BŞTİ-nin F-191 nömrəli əmrinə ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı ə Məktəbin İllik Fəaliyyət Planına əsasən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Kəmalə Əmirzadənin təşkilatçılığı ilə məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri Anar Vəkilov məktəbin 8-9 cu sinif şagirdləri ilə Qarabağda lokal antiterror tədbirləri haqqında dəyirmi masa keçirdi.

Anar Vəkilov qeyd edib bildirdi ki,sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz buna cavab olaraq Azərbaycan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamışdır.

Anar Vəkilov qeyd edib ki, Azərbaycan antiterror tədbirləri zamanı Qarabağda erməni mülki əhalisini hədəf almayıb.

Antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin 20-dək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-da çox 120 mm və 82 mm minaatan, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.

Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur oldu.

Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa müddət içində, böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir! Allah ordumuzu qorusun!

Bu cür dərslərib keçirilməsində məqsəd şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək və tariximizi unutdurmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi