25 oktyabr – Qubadlı Şəhəri Günü.
Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 oktyabr – Qubadlı Şəhəri Günü” elan edilib.
Azərbaycanda Qubadlı Şəhəri Günü ilk dəfədir qeyd olunur.
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Bununla əlaqədar olaraq məktəbin Azərbaycan dili müəllimi 7ç sinifinin sinif rəhbəri Nüsabə Cəfərova sinif tədbiri keçirmişdir.Tədbirdə şagirdlər şeirlər,mahnılar və rəqsləri ilə çıxış etmişdir.
Sonda şagirdlər Qubadlı bizimdir! Qarabağ Azərbaycandır şüarını səsləndirdi.