Şəhid Qasımlı Kamal Hüseyn oğlunun adını əbədiləşdirmək məqsədilə tədbir təşkil olunmuşdur.

Bu gün məktəbin ibtidai sinif müəllimi Nüsabə Musayevanın, Tarix müəllimi Gülər Osmanovanın birgə təşkilatçılığı ilə 118 nömrəli tam orta məktəbin şagirdi olmuş,2023-cü il sentyabr ayının 19-dan başlayaraq düşmənə qarşı aparılan antiterror əməliyyatları nəticəsində sentyabrın 20-də Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qasımlı Kamal Hüseyn oğlunun adını əbədiləşdirmək ,oxuduğu sinfə adını vermək məqsədilə tədbir təşkil olunmuşdur.

Tədbirin birinci hissəsində şəhidin adı verilmiş sinif otağının təqdimatı oldu.Qonaqlar və şagirdlər şəhid üçün yaradılan guşəyə gül dəstələri qoydular.

Tədbirin ikinci hissəsi bədii kompozisiyalardan və çıxışlardan ibarət oldu.

Tədbirdə şəhidin ailə üzvləri, qazilər,İcra Hakimiyyəti nümayəndəsi Anar Əsədullayev, şagirdlər ,valideynlər iştirak edirdi.Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.Sonra Dövlət Himni səsləndirildi.

Tədbirdə şagirdlər şeir və mahnı söylədilər, kompozisiyalar ilə çıxış etdilər.

Tədbirdə şəhidin anası,İcra Hakimiyyətinin nümayəndəsi Anar Əsədullayev, məktəbin direktoru Nizaməddin Ağcayev çıxış etdilər.

Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Nizaməddin Ağcayev şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi