Şagirdimiz "Əlaçı" intellektual oyununun qalibi olub.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri “Əlaçı”televiziya layihəsinin seçim turunda paytaxtin hər bir rayonundan 30 nəfər (15 qız ,15 oğlan) 11- ci sinif şagirdi mübarizəyə qoşulub .Eyni zamanda könüllü qismində qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər .Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylər də daxil olmaqla 800 nəfərə yaxın 11- ci sinif şagirdi seçim turuna qatılıb .Bölgə məktəblərinin şagirdlərinin də iştirak etdiyi ilk mərhələdə E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin 11- ci sinif şagirdi Məmmədli Rəvanə Namiq qızı uğurla keçmiş ,144 nəfərdən biri kimi final mərhələsinə vəsiqə qazanmışdır .
23 oktyabrda keçirilən final mərhələsində isə ən yüksək nəticəni toplayaraq qalıb olmuş ,Elm Və Təhsil Nazirliyinin təqdim etdiyi “Əlaçı “ diplomuna layiq görülmüşdür .Bu münasibətlə Rəvanəni təbrik edirik ,gələcək işlərində uğurlar arzu edirik ,ümid edirik ki, Ali məktəbə də yüksək balla qəbul olaraq daha böyük uğurlara imza atacaqdir.