Ümumməktəb valideyn iclası keçirilmişdir
27.01.2017-ci il tarixində I yarımilin yekunlarına həsr olunmuş ümumməktəb valideyn iclası keçirilmişdir.İclasda məktəbin pedaqoji kollektivi və valideynlər iştirak etmişdir.İclası məktəbin direktoru N.F.Ağcayev giriş sözü ilə açaraq məktəbin uğurlarından danışdı və tədris ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı.Məktəb rəhbərliyi xüsusi olaraq şagirdlərin dərsə davamiyyəti və məktəbdə IX-XI siniflərdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynləri məlumatlandırdı.Məktəb direktoru şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra valideyn icmasının sədri Hacı Allahverən Məmmədzadə məktəbdə keçirilən tədbirlərdə,qarşılıqlı dərs dinləmələrində,açıq dərlərdə şəxsən iştirak etdiyini və tədrisin yüksək səviyyədə olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.Təlim-tərbiyə işləri üzrə direktorun müavini E.H.Muqumov və məktəbin müəllimi Ş.N.Həsənova IX siniflərin X sinfə qəbul qaydaları haqqında valideynləri ətraflı məlumatlandırdılar.İclasda valideyn icmasının üzvləri Hacı Şaiq Əliyev,Mürsəl Aslanov və Anar Əsədullayev çıxış edərək hər bir valideyni məktəblə daha yaxından əlaqə qurmağa çağırdılar.Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı,onların irad və təkliflərinə münasibət bildirdi.