STEAM - layihə əsaslı öyrənmə metodudur.
STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
STEAM layihəsi üzrə təlimdən keçmiş müəllimlər dərslərdə - layihə əsaslı öyrənmə, fənlərarası inteqrasiya, fənlərararası öyrənmə, araşdırma əsaslı öyrənmə, dizayn əsaslı öyrənmə, oyun əsaslı öyrənmə, analogiyaya əsaslanan öyrənmə , mobil əsaslı öyrənmə, kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodlarından istifadə edirlər.
Məktəbin STEAM və kimya müəllimi Cəmilə Çələbiyeva Steam dərsində ''Kimya və rənglərin ahəngi" mövzusunda maraqlı dərs təşkil etdi.Mövzu 4 fəaliyyət xəttini əhatə edir:1.Süddən suya 2.Sehrli turşu və qələvi 3.Dəcəl çəhrayı 4.Xameleon meduza.
Dərsin məqsədi Təhsilalanlara təbiət elmləri, onların araşdırılması və öyrənilməsinin vacibliyi haqqında məlumat vermək,bəzi kimyəvi proseslərin baş vermə səbəblərinin praktik olaraq öyrənilməsi və onlarda elmi istiqamətdə araşdırma bacarıqlarını formalaşdırmaqdır.