18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!
Məktəbin İnkişaf Planına uyğun olaraq 18 Oktyabr Müstəqillik günü ilə bağlı silsilə tədbir keçirilib. Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir. Tədbirin sonunda 2c sinif şagirdləri "Bizdə Müstəqillik Yaşayır" şüarını plakatlarla nümayiş etdiriblər.
1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.