18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!

"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" Azərbaycan xalqı üçün mühüm əlamətdar gündür.

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Bu tarix xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin bərpa edilməsi və Azərbaycan Respublikasının müstəqilliyinin bərqərar olunmasını təmsil edir.

Bu tarixi anı biz ərazi bütövlüyünü tamamilə bərpa etmiş qalib xalq kimi qeyd edirik.

Tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.”

Daima müstəqilliyimizi qorumalı və möhkəmləndirməyə çalışmalıyıq.

118 nömrəli məktəbdə Hövsan mədəniyyət evinin birgə təşkilatçılığı ilə ''Mustəqilliyimiz əbədidir , daimidir və dönməzdir '' adlı tədbir keçirilmişdir.

Müstəqilliyimiz əbədi və daim olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi