Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olunub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür .
Bu münasibətlə məktəbin Azərbaycan dili müəllimi Qafarlı Aynur və musiqi müəllimi Cəfərova Səyyadın təşkilatçılığı ilə məktəbin 7d sinfində '' Zəfərə gedən yolun başlanğıcı '' adlı sinif tədbiri keçirilmişdir .
Tədbirdə şagirdlər musiqi və rəqs kompozisiyaları ilə çıxış edib, şeirlər söylədilər.
Sonda Qarabağ Azərbaycandır şüarı səsləndirildi.