“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı keçirilib.
12.10.2023-cü il tarixində məktəbimizdə T-Networkun Təhsil layihələri üzrə koordinatoru Samirə Həsənzadənin rəhbərliyi altında Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi Proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı keçirilib.
Kitab Təhsil Nazirliyinin dəstəyi ilə "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.
Qeyd edək ki, Andreas Şleyxer PISA, habelə təhsil siyasətlərinə və təcrübələrinə innovasiyalar tətbiq etmək və onları dəyişdirmək üçün siyasətçilər, tədqiqatçılar və müəllimlərə yönələn qlobal platforma yaratmış digər beynəlxalq alətlərin təşəbbüskarı və koordinatorudur. Andreas Şleyxer təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək üçün 20 ildən çoxdur ki dünya üzrə təhsil nazirləri və liderləri ilə birlikdə işləyir.