Bu gün şəhidimiz Vaqif Mərdanovun doğum günüdür.
Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
Vaqif Ədalət oğlu Mərdanov 10 oktyabr 2001 ci ildə Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində dünyaya göz açıb. Vaqif Mərdanov 118 nömrəli tam orta məktəbin məzunu olmuşdur.
Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də başlanan, düşmən işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən " 44 günlük Vətən müharibəsində" iştirak etmişdi. Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmişdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Bu gün şəhidimizin doğum günüdür. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, məktəb rəhbərliyi və şagird kollektivinin iştirakı ilə şəhidin adına açılmış bulaq ziyarət edildi, əbədi xatirəsi əziz tutuldu.
Cənnətdəki doğum günün mübarək Şəhidim!
Allah rəhmət eləsin!