Şəhidimiz Vaqif Mərdanovun doğum günü qeyd edilib.
Bu gün 118 nömrəli tam orta məktəbin Vaqif Mərdanovun adını daşıdığı 2c sinfinin rəhbəri Fəridə Balayeva və məktəbin tarix müəllimi Gülər Osmanovanın təşkilatçılığı ilə şəhidimizin doğum günü qeyd olundu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nizaməddin Ağcayev açdı. Direktor şəhidlə bağlı xatirələrdən, "Yenilməz Azərbaycan Ordusu"nun qüdrətindən, qazandığı zəfərlərdən danışdı. Vaqif Mərdanovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunmuş "Abidə-bulaq kompleksi"nin qarşısına əkil, gül çələngləri qoyuldu.
Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra məktəbin direktoru Nizaməddin Ağcayev və şəhidin sinif rəhbəri Çinarə Məhərrəmova çıxış edərək şəhid Vaqif Mərdanovun 19 illik qısa, şərəfli həyat yolundan bəhs edib, xatirələrini dilə gətirdilər. Məktəbin şagirdləri tərəfindən şəhidlərə və qələbəyə həsr olunan şeirlər, musiqilər səsləndirildi.
Tədbirdə şəhidin valideynləri, Hövsan qəsəbəsindən olan şəhidlərin ailə üzvləri, qazilər və Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev iştirak edib.