Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Oktyabrın 5-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş təhsil konfransı keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, rayonun, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib.
Sonda Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon məktəblərində fəaliyyət göstərən bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətinə görə,gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif olundu.
Təltif olunanlar arasında məktəbimizin direktoru Nizaməddin Ağcayev və tarix üzrə fəlsəfə doktoru Amənə Kərbəlayeva da var idi.
Beynəlxalq Müəllimlər Gününüz mübarək əziz müəllimlər.