5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Müəllim - bütün peşələrdən fərqlənən müqəddəs peşədir. Hər bir peşə sahibinin müəllimi müəllimdir!
Həyatı boyunca öyrənib-öyrətmək, daim cəmiyyətə fayda vermək, layiqli şəxsiyyətlər yetişdirmək uğrunda çalışan, zəkası ilə həyat yolumuza daim işıq saçan müəllimdir!
Yetərincə çətin və məsuliyyətli olan müəllimlik peşəsi eyni zamanda şərəflidir.
5 Oktyabr E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə “ Müəllimlər Günü”adlı tədbir keçirildi.Tədbir vətən müharibəsində qələmini silaha dəyişən şəhid müəllimlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Sonra məktəbin direktoru çıxış etdi.
Tədbirdə çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev bildirdi ki, ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Çıxışının sonunda direktor Nizaməddin Ağcayev məktəbin pedaqoji kollektivini müəllim günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda bir qrup müəllim pedaqoji fəaliyyətində uğurlarına, şagirdləri vətənpərvərlik ruhunda tərbiyəsinə görə təltif olundu.