Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmasının ildönümüdür.
Cəbrayıl 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdi. Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra Azərbaycan Respublikası Hərbi Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuzun qəhrəman əsgərləri tərəfindən 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.