1-b sinif şagirdlərinin valideynləri ilə adaptasiya istiqamətində görüş keçirildi.

Birinci sinif şagirdlərinin məktəbə adaptasiya dövrü fərdi xarakter daşıyır. Bəzi uşaqlar bu dövrü asanlıqla, digərləri isə çətin və uzunmüddətli keçə bilir.

Birinci sinfə başlayan uşaqlarda psixoloji olaraq müəyyən dəyişikliklər özünü göstərir, bəzi hallarda uşaqlar ya dərsə getmək istəmir, ya da həvəssiz şəkildə dərsə yollanırlar.

Bu məqsədlə məktəbin psixoloqu Məmmədova Aytac və təşkilatçı Əmirzadə Kəmalənin iştirakı ilə 1-b sinif şagirdlərinin valideynləri ilə adaptasiya istiqamətində görüş keçirildi.

Valideynlərə şagirdlərin məktəb mühitinə uyğunlaşması zamanı özünü göstərən çətinliklər və çətinliklərin aradan qaldırılması yolları,yaş dövrünün xüsusiyyətləri,bu dövrdə düzgün valideyn dəstəyinin əhəmiyyəti haqqında məlumat verildi və müzakirə aparıldı.Daha sonra mövzu ilə bağlı suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi