27 Sentyabr Azərbaycanda Anım Günüdür.
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən,Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur.
118 nömrəli məktəbin ingilis dili müəllimi Kəlbiyeva Həcər 9 b sinif şagirdləri ilə birlikdə şəhid Əlimov Elvinin evində olub, ailəsi ilə söhbət edib.Şəhidin anası Əlimova İradə oğlunun qəhrəmanlığı haqqında şagirdlərə məlumat verib.
Sonra müəllim və şagirdləri İkinci Fəxri Xiyabanda şəhid məzarlarını ziyarət edib, məzarların üzərinə gül dəstələri qoyublar.
Ziyarətin məqsədi şagirdlərimizə tariximizi, milli qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarətdir.