27 Sentyabr Anım Günüdür.

Tarix unutmayır qəhrəmanları,

Bugün Qarabağda dastan yazıldı.

Vətən torpağına göz dikənlərin,

Alnına əbədi damğa basıldı.

Vətənə canını qurban deyərək,

Ölümsüzlük yolun seçdi şəhidlər.

Torpağı düşməndən azad edərək,

Ömürlük tarixə keçdi şəhidlər.

Bu gün Azərbaycanda Anım Günüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü 2020-ci il 27 sentyabr tarixində başlanmış Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Onların qarşında baş əyirik!

Bu gün Respublikanın hər yerində olduğu kimi 118 nömrəli məktəbdə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq "27 sentyabr -Anım Günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir bir dəqiqəlik sükutla,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.Azərbaycan Dövlət bayrağı meydanı gətirildi.

Tədbirdə Suraxanı rayonundan olan Vətən müharibəsi qaziləri,Şəhid Qasımov Kamalın ailə üzvləri,valideyin icması nümayəndələri iştirak etdilər.

Məktəbin şagirdləri şeirləri və mahnıları ilə çıxış etdilər.

Sonda məktəbin direktoru Nizaməddin Ağcayev Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edib. 27 sentyabr –Anım Gününün əhəmiyyətindən danışan direktor Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini bildirib.

Şəhidlərimizi qürür və ehtiramla anır, ruhları qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi