Şəhid Kamal Qasımovun evi və qəbri ziyarət edildi.

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də Qasımov Kamaldır.118 nömrəli məktəbin məzunu olmuş Kamal.Anasının və müəllimlərinin dediyinə görə Kamal hər zaman mən xüsusi təyinatlı olacağam deyirmiş.Şəkil çəkdirəndə əsgər duruşu sərgiləyirmiş, bayrağı çox sevirmiş.Çox sakit uşaq imiş.Sən demə bu sakit təbiətli uşağin ürəyində böyük Vətən sevgisi var imiş.O Vətən ki,uğrunda şəhid oldu Kamal.Hamı sevir vətənini.Şəhid olanlar daha çox sevir yəqin.Canından keçəcək qədər.Bir şeirin misrasinda deyilirdi:

Qəhrəmanlıq nə yalnız bir yuksəliş deməkdir,nə də şimşəklər kimi parlayıb,sönməməkdir.Bunun üçün ölümə bir atılış gərəkdir,atıldıqdan sonra da,bir daha dönməməkdir! Bütun şəhidlər kimi,Kamal kimi.

Bu gün 11 c sinif şagirdləri sinif rəhbərləri Məhsəti Məmmədova ilə birlikdə sentyabrın 22 də şəhid olan Kamal Qasımovun evini və qəbrini ziyarət etdilər.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Biz 118 ailəsi olaraq Kamala Allahdan rəhmət diləyirik...Ruhun şad olsun əziz Kamal...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi