18 sentyabr "Milli Musiqi Günü"dür.

Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Dahi Üzeyir Hacıbəyovun doğum gününü Milli musiqi günü kimi qeyd edirik. Əbəs deyil.

Onun bəstələri hər bir azərbaycanlını ayağa qaldırır, qanını coşdurur, ruhunu təmizləyir, qəlbini oxşayır.

Gün o gün olsun Azəbaycan himni Vətənin hər bir qarış torpağında səslənsin. Xalqımız ancaq gözəl musiqi sədaları ilə firavan və bütöv yaşasın.

Övladlarımız top-tüfəng səsi ilə deyil, musiqi səsi ilə xoş sabahlara oyansın İNŞALLAH!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi