Salam Məktəb!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli 3-29/3-2-548F/2023 nömrəli əmrinə əsasən Azərbaycanda 15 sentyabr Bilik günü kimi qeyd olunur.Bu gün 2004 cu ilə qədər sentyabrın 1-nə təsadüf edirdi.Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunur.Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbrsizliklə,sevinc və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.Onlar əlifba ilə tanış olub, kitablar oxuyub şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Bu gün 118 nömrəli tam məktəbdə də ənənəvi olaraq,, Bilik günü,, tədbiri keçirildi.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.
Daha sonra məktəbin direktoru Nizaməddin Ağcayev tədbiri açıq elan etdi.
Tədbirdə çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev 2023-2024 cü tədris ilinin ilk dərsinin,,Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusu,,dur mövzusuna həsr olunmasını qeyd etdi.Eyni zamanda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə verdikləri tövsiyyələr, milli -mənəvi dəyərlərimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi məsələlərə diqqət çəkdi.Çıxışının sonunda müəllim və şagird kollektivini təbrik etdi.
Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nahid Yarıyev iştirak edirdi.Nahid Yarıyev çıxış edərək müəllim və şagird kollektivini təbrik etdi .
Daha sonra 2023-2024 cü tədris ilinin ilk zəngi çalındı.