2023-2024 -cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi.
14.09.2023 cü il tarixində 118 nömrəli tam orta məktəbdə 2023-2024 - cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi.Məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirak etdiyi iclası giriş sözü ilə məktəbin direktoru Nizaməddin Ağcayev açdı. Nizaməddin Ağcayev ilk növbədə tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edib,onlara qarşıda duran bu böyük və məsuliyyətli işdə uğurlar arzuladı.Yeni işə təyin olunan kadrları kollektivə təqdim edib tövsiyə və tapşırıqlarını verdi.
Daha sonra iclas iştirakçılarını Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi.İclasın gündəliyində duran vacib məsələlər müzakirə edildi.Məktəbin keçənilki nəticələri,yeni tədris ilində hədəflər,yay tapşırığı almiş şagirdlərin sinifdən -sinfə keçirilməsi,məktəb növbətçiliyinin təsdiqi,dərs cədvəlinin təsdiqi, təhsil sistemindəki islahatlarla əlaqədar olaraq tərbiyə -təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr və digər cari məsələlər müzakirə edildi.
İlk dərslərin ,,Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır,, mövzusunda keçiriləcəyi müəllimlərin diqqətinə çatdırıldı.
İclasda təlim tərbiyə işləri üzrə direktor müavinlərinin, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçınin, təsərrüfat işləri üzrə direktor müavinin,hərbi rəhbərin hesabatları dinlənildi və müvafiq tapşırıqlar verildi.