Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.Konfransda Elm və Təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva iştirak etmişdir.Konfransfa çıxış edən E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində görülən işlərdən söz açıb,yeni tədris ilinin əsas hədəflərinə toxunub.

Elm və Təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.

Daha sonra BŞTİ-nin müdiri M.Vəliyeva 2022-2023 tədris ilində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

Tədbir çıxışlarla davam edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdləri Respublika fənn olimpiadalarında qalibiyyət qazandığına görə və 16-cı müəlllimlər qurultayına nümayəndə seçilməsi münasibətilə 118 nömrəli tam orta məktəbin tarix müəllimi,tarix üzrə fəlsəfə doktoru Amənə Kərbəlayevanı fəxri fərmanla təltif etmişdir.

Məktəb kollektivi olaraq Amənə müəllimi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi