14 iyun Ümumtəhsil Müəssisələrində "Son zəng" günüdür.
11 illik məktəb həyatına "əlvida"deyən məzunların "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərə xeyir-dua verərək onlara gələcək sərbəst həyatlarında nailiyyətlər dilədi. Tədbirin qonaqları Suraxanı rayon İcra Hakimiyyətiin Hövsan qəsəbəsi üzrə nümayəndəsi, II Qarabağ müharibəsi qazisi Qurbanəli İslamov, məktəb valideyn icmasının rəhbəri Allahverən Məmmədzadə də çıxış edərək öz səmimi istəklərini təqdim etdilər. Tədbir məzunların rəngarəng ifaları ilə yadda qaldı. Qəbul imtahanlarında yüksək nəticə göstərən 11A sinif sagirdi Orxan Nuriyev əldə etdiyi nailiyyətlərə görə müəllimlrə təşəkkür etdi və mübarizəsini davam etdirəcəyini bildirdi. Tədbirin sonunda "Elm və bilik açarı" təhvil verildi. Sonuncu zəngin kövrək ahəngi 11-ciləri doğma məktəbdən ayırdı. Xoş xəbərlərinizi hər daim eşitmək diləyi ilə yolunuz açıq olsun əziz məunlarımız!