Vətən müharibəsinin şəhidi Vaqif Mərdanovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Bu gün məktəbin ibtidai sinif müəllimi Fəridə Balayevanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin şəhidi, məktəbimizin əziz şagirdi Vaqif Mərdanovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları Anar Əsədullayev və Elmar Hüseynov, Suraxanı rayon YAP təşkilatının sədr müavini Salman Əbdülov, şəhidimizin atası Ədalət Mərdanov, Suraxanı rayon şəhidlərinin ailə üzvləri, qaziləri və məktəbin pedeqoji heyəti və şagirdləri iştirak edirdir. İlkin olaraq məktəbin direktoru Nizaməddin Ağcayevin təşəbbüsü ilə sinif otağına əziz şəhidimiz Vaqif Mərdanovun adı verildi. Otağın açılışında qonaqlar iştirak etdi, təşəbbüsə görə məktəb rəhbərliyinə və müəllimə öz təşəkkürlərini bildirdilər.
Tədbirin ikinci hissəsi isə Fəridə Balayeva və Gülər Osmanovanın təşkilatçılığı ilə tərtib olunmuşdur. İlkin olaraq dövlət himni səsləndirildi, əziz şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Əziz şəhidimiz Vaqif Mərdanovun şəkillərindən ibarət videoçarx təqdim olundu. Tədbir zamanı qonaqlar çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış uğurdan, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətdən, ordumuzun mərdliyindən söz açıldı. Şəhidimizin sinif rəhbəri olmuş Çinarə Məhərrəmova şəhidimizlə bağlı xatirələrini bölüşdü. Daha sonra şeirlər səsləndirildi, xor musiqiləri oxundu. Son olaraq Azərbaycan-Türkiyə dostluğu əks etdirən musiqi səsləndirildi.